Biznes üçün
Korporativ hədiyyələr, brendlənmiş aksesuar dəstləri və xüsusi kolleksiyalar üçün əl işi həllər.
Sorğu göndərTəkcə aksesuar deyil
Zərgərlik aksesuarları, dəri məmulatlar və ipək detallar — hamısı bir mənbədən. Biznesiniz üçün hədiyyədən brend kolleksiyasına qədər tam həll.
Korporativ hədiyyə dəstləri
Şirkət loqonuzla brendlənmiş, zövqlə qablaşdırılmış hədiyyə boks-ları: boyunbağılar, bilərziklər və zərif aksesuarlar.
Xüsusi kolleksiya dizaynı
Brend, tədbir və ya butiklər üçün fərdi dizayn edilmiş zərgərlik və aksesuar kolleksiyaları, xüsusi qablaşdırma və etiket.
Topdan tədarük & fərdi istehsal
Böyük həcmli tədbirlər və partiyalar üçün əlverişli B2B qiymətlər, xüsusi forma və həkk (qravür) ilə fərdi istehsal imkanı.
Toplu sifarişlərə xüsusi B2B qiymət
Şirkət loqosu ilə fərdi brendinq və qravür
Hədiyyəlik zərif qablaşdırma
Kolleksiya və stil üzrə konsultasiya
Uzunömürlü, keyfiyyətli materiallar
Elektron qaimə-faktura və rəsmi müqavilə
Kimlər üçün işləyirik
- Ofislər və kovorkinqlər
- Otellər və restoranlar
- Butiklər və konsept mağazalar
- Tədbirlər və korporativ hədiyyələr
Necə başlayırıq
Sorğu
Aşağıdakı formu doldurun — məhsul növünü, təxmini say və ya layihə büdcəsini qeyd edin.
Fərdi təklif
2 iş günü ərzində sizə vizual konsept, material seçimləri və xüsusi qiymət təklifi hazırlayırıq.
İstehsal & brendinq
Aksesuarlar hazırlanır, loqonuzla həkk olunur və zövqlə qablaşdırılır.
Təhvil & çatdırılma
Bakı daxilində ünvana çatdırılma və ya bölgələrə və xaricə təhlükəsiz göndəriş.
Tez-tez verilən suallar
Hədiyyə dəstləri və ya toplu məhsullarda 10 ədəddən başlayaraq xüsusi B2B endirimləri tətbiq olunur.
Bəli! Həm aksesuarların üzərinə zərif loqo həkk edirik, həm hədiyyə qutularını, həm də kartları brendinizə uyğun hazırlayırıq.
Bəli, brendiniz üçün sıfırdan xüsusi forma, material və rəng ilə eksklüziv aksesuar kolleksiyaları hazırlayırıq.
Bəli. Rəsmi müqavilə, elektron qaimə-faktura və bank köçürməsi ilə işləyirik.